Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 20:42
İlyas İsmayılovun dəfn yeri məlum olub.
Sonxeber.net xəbər verir ki, bu barədə jurnalist Elxan Şükürlü məlumat yayıb.
O bildirib ki, İ.İsmayılovun cənazəsi sabah 11:00-da Heydər Məscidindən götürüləcək:
"İlyas müəllim vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda Heydər Məscidində olacaq".
Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov bu gün 87 yaşında vəfat edib.