Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2025 00:10
Müğənni Xuraman Şuşalının başına iş gəlib.
Sonxeber.net xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, yanmış qazanın görüntülərini izləyiciləri ilə bölüşərək evdən çıxarkən qazı söndürməyi unutduğunu bildirib:
"Həyatımın səhvini etdim. Uşaqlar üçün yeməyi qızdırırdım. Həyat yoldaşım da həyətdən tez-tez zəng edirdi ki, ad gününə gecikirik. Qazı söndürməmiş getmişəm. Üstündən iki saat keçdikdən sonra yadıma düşüb ki, qazı söndürməmişəm. Öldüm... Evdən çıxmamış da uşaqlara tapşırmışdım ki, "Ayət əl-Kürsi"ni əzbərləsinlər. Bəlkə 100 dəfə "Ayət əl-Kürsi" oxuyublar. Allaha qurban olum. Bir dəqiqənin səhvi, diqqətsizliyi. Uşaqlar iyi hiss etməsəydilər, görəsən, nə olardı?". (Axşam.az)