Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Turan Tovuz'' bu paylaşımına görə 20 min manat CƏRİMƏLƏNDİ - FOTO

''Turan Tovuz'' bu paylaşımına görə 20 min manat CƏRİMƏLƏNDİ - FOTO

Tarix: 25 Fevral 2025 11:08

AFFA İntizam Komitəsi "Turan Tovuz"u 20000 manat cərimələyib.

Sonxeber.net xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verdiyi bildirilib:

"AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər".

Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.


Etiketlər:  Turan Tovuz paylaşımına görə manat CƏRİMƏLƏNDİ FOTO


RƏYLƏR