Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2025 12:38
Almaniyanın "Nürberq" klubunun baş məşqçisi Miroslav Kloze komandasının azərbaycanlı futbolçusu Mahir Emrelidən danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, millimizin üzvünün meydana çıxmamasının səbəblərini açıqlayıb:
"Mən onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirlə danışmışam. Ona dedim ki, başqaları kimi daha çox oynamaq istəyirsənsə, bunu göstərməlisən. Mən sənin istəyini hiss etməliyəm".
"Nürnberq"in idman direktoru Joti Çatzialexio Mahirin Cənubi Koreyanın "Seul" klubuna keçəcəyi ilə bağlı yazılan xəbərlərə aydınlıq gətirib: "Hələ ki, sakitlikdir. Mahir bizim komandanın üzvüdür və məşqlərə qoşulur. Meydana çıxıb-çıxmaması isə özündən asılıdır".
Xəbərdə qeyd edilib ki, "Nürnberq" Mahir üçün 500 min avro transfer qiyməti qoyub. Cənubi Koreya klubu isə hələlik "Nürnberq"ə bununla bağlı cavab verməyib.
Qeyd edək ki, Mahir Emreli artıq 2 turdur ki, "Nürnberq"in oyunları zamanı iştirak ərizəsində yer almır.