Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA 4 klubu cəzalandırdı

AFFA 4 klubu cəzalandırdı

Tarix: 28 Fevral 2025 12:22

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

21 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Neftçi" - "Sumqayıt" oyununda "Sumqayıt" komandasında 4 nəfər sarı vərəqə aldığına görə "Sumqayıt" komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Araz-Naxçıvan" - "Səbail" oyununda "Araz-Naxçıvan" komandasında 5 nəfər sarı vərəqə aldığına görə "Araz-Naxçıvan" komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Qarabağ" - "Sabah" oyununda Əsasnamənin tələbləri pozulduğuna görə "Qarabağ" klubu 500 manat cərimə edilsin (maddə 70.1);

23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun "Şamaxı" - "Turan Tovuz" oyununda "Şamaxı" komandasında 4 nəfər sarı vərəqə aldığına görə "Şamaxı" komandası 700 manat cərimə edilsin (maddə 37).


Etiketlər:  AFFA klubu cəzalandırdı


RƏYLƏR