Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ofsaydla bağlı tarixi qərar - futbolda 4 yeni qayda - yenilənib

Ofsaydla bağlı tarixi qərar - futbolda 4 yeni qayda - yenilənib

Tarix: 1 Mart 2025 21:40

21:39

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar qəbul edib.

Offsideplus.az xəbər verir ki, 4 istiqamət üzrə qəbul edilən qaydalar növbəti mövsümdən qüvvəyə minəcək.

1. Qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komanda künc zərbəsi yerinə yetirəcək.

2. Hakim ilə yalnız komanda kapitanları danışa biləcək.

3. VAR danışıqları epizodlar izlənildikdən sonra anons ediləcək.

4. Bir oyunçunun ofsaydda olması üçün rəqibindən tamamilə öndə olması qaydası test ediləcək.

--------------
20:31

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.

Sonxeber.net xəbər verir ki, qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.

Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.

Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi.


Etiketlər:  Ofsaydla bağlı tarixi qərar futbolda yeni qayda yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ