Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real Madrid” məğlub oldu

“Real Madrid” məğlub oldu

Tarix: 1 Mart 2025 23:42

İspaniya La Liqasında XXVI turun oyunları keçirilir.

Sonxeber.net xəbər verir ki, bu gün 4 matç baş tutub.

"Real" səfərdə "Betis"in qonağı olub. "Kral klubu" hesabı açsa da, nəticədə məğlub olub.

İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, "Real" turnir cədvəlində 54 xalla liderliyi "Barselona" ilə bölüşür.

İspaniya La Liqası
XXVI tur
"Betis" - "Real" 2:1
"Real Valyadolid" - "Las Palmas" 1:1
"Jirona" - "Selta Viqo" 2:2
"Rayo Valyekano" - "Sevilya" 1:1


Etiketlər:  Real Madrid məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ