Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ürəyim bir yana, böyrəyimi də istəsəydilər verərdim, Bakıya gələrdim'' - Özcan Dəniz

''Ürəyim bir yana, böyrəyimi də istəsəydilər verərdim, Bakıya gələrdim'' - Özcan Dəniz

Tarix: 1 Mart 2025 14:00

"Səhnə çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu məşhur müğənni, milyonların sevimlisi Özcan Dəniz konsert proqramında söyləyib.

O, səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım", - tanınmış müğənni əlavə edib.

Konsert boyunca ən sevilən köhnə və yeni hit mahnıları səsləndirən müğənninin konserti anşlaqla keçib.

Müğənnini izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib. Sevənləri bütün ifaları müğənni ilə birlikdə əzbərə söyləyiblər.


Etiketlər:  Ürəyim yana böyrəyimi istəsəydilər verərdim Bakıya gələrdim Özcan Dəniz


RƏYLƏR