Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir nəhayət ki, “Nürnberq”də meydana çıxdı

Mahir nəhayət ki, “Nürnberq”də meydana çıxdı

Tarix: 1 Mart 2025 19:32

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası ikinci Bundesliqada növbəti oyununu keçirib.

Sonxeber.net xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 24-cü turda "Hannover"i qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı  qələbəsi ilə bitib.

Emreli görüşün 77-ci dəqiqəsində Robin Noçun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, azərbaycanlı forvard bundan əvvəlki iki görüşün iştirak ərizəsində yer almamışdı.


Etiketlər:  Mahir nəhayət Nürnberqdə meydana çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ