Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2025 17:08
Martın 1-də kriptovalyuta birjalarında "Bitkoin" bahalaşıb.
Sonxeber.net xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:50-də "CoinMarketCap" platformasında 7.51% bahalaşaraq 85 051 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 7.38% artaraq 2 239 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 9.42%, BNB 5.12%, Tether isə 0.10% bahalaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.