Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 12:48
u gün Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli vəfat edib.
Sonxeber.net xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı "Facebook" səhifəsində F.Ələkbərlinin vəfatı ilə bağlı paylaşım edib.
"Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri, siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərlı bu gün haqqa qovuşmuşdur. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun...".