Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 17:36
İtaliyanın Baş naziri Ciorcia Meloni ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Sonxeber.net xəbər verir ki, bu barədə informasiyanı İtaliya Nazirlər Şurası yayıb.
Telefon danışığının detalları barədə məlumat verilməyib. Həmçinin bildirilib ki, Ciorcia Meloni bu gün Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Xatırladaq ki, İtaliyanın Baş naziri Ağ Evdə Donald Tramp ilə Volodimir Zelenskinin görüşü və baş verənlərdən sonra ABŞ, Avropa və müttəfiqlərini təcili sammit keçirməyə çağırıb. /Bizim.Media