Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO)

Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO)

Tarix: 9 Dekabr 2019 19:04

Bakı. Trend:

Dekabrın 8-i Hilton otelində ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Biznes Keys 2019 Müsabiqəsinin final mərhələsi keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu il müsabiqə SOCAR-AQŞ, Azercell, BP, AzSığorta, Deloitte, EY və KPMG şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirildi.

Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsin üzrə təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Biznes Məktəbinin keysləri təqdim edilir.

Bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər.

Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edir.

Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanır. Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə ediblər. (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).

Bu il müsabiqədə iştiraka 7 universitetdən; ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Moskva Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 4 komanda final mərhələsinə çıxa bilib və qaliblər aşağıdakı kimi müəyyən olunub:

I yerin qalibləri Sabir Cavadov, Sabina Həsənzadə, Aleksandr Plavskiy və Nadir Məmmədli, Moskva Dövlət Universitetinin Bakı Filiali
II yer Arzu Tofiqli, Mirələm Əkbərli, Samir Məmmədov, Ayla Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri
III yer Rəşad Ağayev, Eltac Hüseynli, Elsun Rzayev, Ceyhun Fətəlov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri
IV yer Azərbaycan Nigar Vəliyeva, Cavad Əliyev, Anar Sultanzadə, Mətin Babayev, Dövlət İqtisad Universitetinin tələbələri

Azərbaycan Biznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.

Bu il 17 illiyini qeyd edən müsabiqə 2002-ci ildən həyata keçirilməyə başlayıb. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan MBA Enterprise Corps təşkilatının könüllüləri bu layihənin əsasını qoyublar. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ ekskluziv olaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə (AAA) verilib. İndiyənə qədər bu layihədə 2000-dən çox istedadlı tələbələr iştirak edib.

Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rol oynayır. Bununla yanaşı, müsabiqə biznes, elm nümayəndələrinə və tələbələrə maraqlı və intellektual bir forumda iştirak etmək imkanı yaradır.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb.

Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO)


Etiketlər:  Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ