Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2025 08:30
08:27
"Mən oraya gedəndə mübahisə düşmüşdü, aralamağa çalışanda Felipe Santos üzümə zərbə endirdi. Mən də yerə yıxıldım".
Sonxeber.net xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Teleqraf"a açıqlamasında deyib.
25 yaşlı müdafiəçi matçın 82-ci dəqiqəsində rəqib hücumçu Felipe Santosla aralarında yaranan mübahisədən və baş hakim Kamal Umudlunun ona qırmızı vərəqə göstərməməsinin səbəbindən danışıb:
"Düşünürəm ki, oyun maraqlı keçdi. "Araz-Naxçıvan"ın gücünü bilirdik. Çox yaxşı futbol oynayırlar, keyfiyyətli futbolçuları var. İki fərqli hissə izlədik. İkinci hissədə öz oyunumuzu ortaya qoyduq. Mübahisə epiozodunda mən tərəfdən heç bir kobudluq olmamışdı. Məqsədim dalaşanları uzaqlaşdırmaq idi, başqa niyyətim yox idi. Meydanda yaranan davanın səbəbini bilmirəm. Baş verənlərdən xəbərim yox idi. Əsas odur, qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, "köhlən atlar" 26 oyundan sonra 63 xalla turnir cədvəlinin liderdir. Ağdamlıların ən yaxın qonşusu "Zirə" ilə aralarında 15 xallıq fərq var.
--------------
23:01
Misli Premyer Liqasının XXVI turun çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" (1:3) matçında dava düşüb.
Sonxeber.net xəbər verir ki, insident oyunun 81-ci dəqiqəsində meydançanın mərkəzində "Qarabağ"dan Yassin Benzia və "Araz-Naxçıvan"dan Felipe Santos arasında yaranıb. Anidən qızışan mübahisəyə dərhal bir neçə futbolçu qoşulub.
İnsident zamanı Felipe Santos "Qarabağ"ın hücumçusu Musa Qurbanlının boyun nahiyəsini qucaqlayaraq, yerə yıxıb. Bundan əsəbiləşən Musa legioner futbolçunun cavabını vermək istəsə də, onları çətinliklə ayırmaq mümkün olub.
Davaya görə oyunda təxminən 4 dəqiqə fasilə yaranıb. Hakim Felipe Santosu meydançadan qovub, eləcə də "Qarabağ"ın 3, "Araz-Naxçıvan"ın 1 futbolçusuna sarı vərəqə göstərib. (Offsideplus.az)