Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evdən işləmək müxtəlif psixoloji problemlərə yol açır'' - Psixoloqdan AÇIQLAMA

''Evdən işləmək müxtəlif psixoloji problemlərə yol açır'' - Psixoloqdan AÇIQLAMA

Tarix: 9 Mart 2025 15:48

"Həyatımızın tempinin hər zaman eyni olacağını gözləmək doğru yanaşma deyil". 

Sonxeber.net xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, həyat hər zaman öz fərqliliklərini göstərir:

"Bəzən həyat elə gətirir ki, ya həmişəlik, ya da bir müddət evdən işləyirik. Lakin bir müddət evdə işlədikdən sonra əvvəlki iş tempinə dönmək çox vaxt çətin olur. Çünki evdən işləyəndə alışdığımız şərtlər işə qayıdandan sonra dəyişir. Bu isə artıq bizə yorucu gəlməyə başlayır". 

Ekspert qeyd edib ki, evdən işləməyin insana təsiri şəxsə görə dəyişə bilir:

"Məsələn, hər zaman evin içərisində olmaq insanda yorğunluq və halsızlıq yarada bilər. Eyni zamanda, bunun immuniteti zəiflədiyini də qeyd etmək lazımdır. Həmçinin, mütəmadi şəkildə evdən işləmək psixoloji və mənəvi olaraq da insanı zəiflədir. Hətta uzun müddət evdən işləyən insanlarda aqressivlik və gərginlik müşahidə olunur". 

Mütəxəssis daima evdən işləyən insanlara tövsiyələr də verib:

"Həmişə evdən işləyən insanlar mütləq dərəcədə 2-3 gündən bir gəzintiyə çıxmalıdırlar. Onlar, havalarını dəyişməli və sevdikləri insanlarla ünsiyyət qurmalıdırlar. Çünki daima evin içərisində olmaq insanda yorğunluğa və psixoloji gərginliyə səbəb olur. Üstəlik, belə insanlar bir müddət sonra evdən çölə çıxmağa tənbəllik edirlər. 

Lakin evdən işləyən insanlar da işə müəyyən limit qoymalıdırlar. Ən azından axşam saat 20:00-dan sonra çalışmalarını dayandırması tövsiyə olunur. Onlar, evdə musiqi dinləməli və özlərinə zaman ayırmalıdırlar. Bunları etmədikdə isə bədəndə ağırlıq və çökmə yaranır". 

Nabat Mirzəyeva hansısa səbəblərə görə bir müddət evdən işləyən insanlardan da danışıb:

"Həmin insanlara yenidən iş rejiminə öyrənmək üçün müəyyən zaman lazımdır. Sadəcə bir müddət evdən işlədikdən sonra işə adaptasiya olmaq üçün qısa vaxt keçməlidir. Çünki onların yaxşı mənada işə getmək məcburiyyətləri olduğu üçün istər-istəməz bir neçə gündən sonra yenidən buna öyrəşəcəklər. Ümumiyyətlə, evdə işləmək daha rahat olsa da, işə qayıtdıqda o mühit yenidən insanı adaptasiya olmağa kömək edir". 


Etiketlər:  Evdən işləmək müxtəlif psixoloji problemlərə açır Psixoloqdan AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ