Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir futbolçu müharibənin qurbanı oldu - FOTO

Daha bir futbolçu müharibənin qurbanı oldu - FOTO

Tarix: 9 Mart 2025 17:52

Ukraynalı sabiq futbolçu Aleksey Şubin vəfat edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, Ukrayna-Rusiya müharibəsində həlak olub.

"Çerniqov Desna"nın keçmiş futbolçusu Aleksey Şubin 49 yaşında dünyasını dəyişib. Bu barədə jurnalist Dmitri Moskalenko məlumat yayıb.

Bildirlir ki, Aleksey Xarkov vilayətinin Liptsy kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən FPV pilotsuz təyyarəsinin zərbə endirməsi nəticəsində həlak olub. Ukrayna Silahlı Qüvvələrində xidmətinə görə Şubin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin qızıl xaçı ilə təltif edilib. Həmçinin Xarkov vilayətinin müdafiəsinə görə mükafata layiq görülüb.

Qeyd edək ki, o, "Desna" ilə yanaşı "Neftyanik Axtyrka", "Torpedo Zaporojye", "Elektrometallurq Nikopol", "Avanqard Pokrov", və "Kolos"da çıxış edib.


Etiketlər:  Daha futbolçu müharibənin qurbanı oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ