Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2025 14:42
"Bavariya"nın 31 yaşlı bombardiri Harri Keyn yayda Almaniya klubunu tərk edə bilər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Harri Keyn bu yay İngiltərə Premyer Liqasına qayıda bilər. Çünki Münhen hücumçunun klubdan ayrılma imkanını nəzərdən keçirir. "Bavariya" Keyni 67 milyon funt-sterlinqə buraxmağa hazırdır ki, bu da onun müqaviləsində yazılmış bənddir.
Harri bu mövsüm klub səviyyəsində 35 oyun keçirib, 31 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt"a görə transfer dəyəri 90 milyon avro qiymətləndirir.