Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Natali Portman onunla sevgilidir! - FOTO

Natali Portman onunla sevgilidir! - FOTO

Tarix: 9 Mart 2025 10:45

Ötən il ərindən boşanan 43 yaşlı Hollivud ulduzu Natali Portman 44 yaşlı fransız musiqi prodüseri Tanqi Detabl ilə görüşür. 

Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu barədə fransanın "Voici" nəşri məlumat yayıb.

Bu xəbəri isə "Daily Mail" nəşrinin dərc etdiyi fotoşəkillər də təsdiqləyir

Belə ki, paparatsiyalar Portmanı və onun yeni sevgilisini Parisdə gəzinti zamanı görüntüləməyə nail olub. Cütlük əl-ələ verib qucaqlaşıb və bir anda Tanqı jurnalistlərin qarşısında Natalinin başının üstündən öpüb.

Xatırladaq ki, bir müddət əvvəl Natali Portman xoreoqraf Benjamin Millepieddən qalmaqallı şəkildə ayrılıb. Cütlük 12 il evli olub və birlikdə iki övladı var: 13 yaşlı oğlu Alef və səkkiz yaşlı qızı Amaliya. 

Boşanma Benjaminin 25 yaşlı eko-aktivist Kamil Etiennə xəyanət etməsi səbəbindən baş verib və bu, tez bir zamanda ictimaiyyətə məlum olub. Əvvəlcə Natali qalmaqala münasibət bildirmədi, hətta çoxları onun ərini bağışlayacağına inansa da, sonda cütlük boşandıqlarını açıqladı.


Etiketlər:  Natali Portman onunla sevgilidir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ