Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2025 13:36
Azərbaycanın tanınmış iş adamı - "ASPİ GLASS" Şirkətlər Qrupunun prezidenti Adil Yusifov 65 yaşında vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.
Bildirilib ki, son bir ildə iş adamının səhhətində ciddi problemlər olub. O, başında yaranan bədxassəli şiş xəstəliyindən (xərçəng) əziyyət çəkirmiş. A.Yusifov Türkiyədə müalicə olunsa da, bunun bir nəticəsi olmayıb. Son zamanlar isə yerimə qabiliyyətini itiribmiş.
Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Yusifov 1960-cı ildə Bakıda anadan olub. Uzun illərdir bizneslə məşğul olub. Onun sahibi olduğu "ASPİ GLASS" Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən şüşə qablar istehsal edir. Şirkətin nizamnamə kapitalı 1 milyon 267 min manatdır.