Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın keçmiş oyunçusu Yunanıstan klubunda

''Qarabağ''ın keçmiş oyunçusu Yunanıstan klubunda

Tarix: 18 Mart 2025 18:38

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili yayda klubunu dəyişəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hazırda Yunanıstanda "Panserraikos"un formasını geyinən gürcüstanlı qapıçı PAOK-la anlaşıb.

Soloniki təmsilçisi 25 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb. Quqeşaşvili yeni komandasına mövsümün sonunda qoşulacaq.

PAOK təcrübəli oyunçu üçün qarşı tərəfə bir milyon avro təzminat ödəyib.

Quqeşaşvili "Qarabağ"da 2022-ci ildən 2024-cü ilin yayınadək çıxış edib.


Etiketlər:  Qarabağın keçmiş oyunçusu Yunanıstan klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ