Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 09:06
2021-ci ildən "Qarabağ"ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.
Sonxeber.net xəbər verir ki, müqaviləsi yayda bitəcək müdafiəçi Polşaya qayıda bilər.
Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır. Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmaq qərarına gəlib.
Ağdam təmsilçisi artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Monteneqro yığmasının futbolçusuna özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.
Ölkəmizə Polşadan gələn "Legiya"nın sabiq kapitanı bir ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir. /Sportinfo.az