Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 12:16
Bakı. Elçin Mehdiyev – Trend:
Xaricdə münaqişə ocaqlarından qayıdan Azərbaycan vətəndaşı olan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə edilib.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, hazırda proses davam edir. Onun sözlərinə görə, münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub: “Onlar artıq ölkəyə qayıda bilməzlər”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin