Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu etiketlə satılan qidaları ALMAYIN: xəstəlik yaradır

Bu etiketlə satılan qidaları ALMAYIN: xəstəlik yaradır

Tarix: 22 Mart 2025 14:42

ABŞ-də sürətlə yayılan salmonella infeksiyası səbəbilə bəzi şirniyyat məhsulları ilə bağlı ciddi xəbərdarlıq edilib. 

Sonxeber.net xəbər verir ki, səlahiyyətli qurumlar vətəndaşlara bu məhsulların istehlak edilməməsi, satılmaması və yayılmaması barədə çağırış edib.

Salmonella ilə əlaqəli olduğu müəyyən edilən və "Tatlı Kremalı Mini Pastane" etiketi ilə satılan məhsulların sağlamlıq üçün risk daşıdığı bildirilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) bu şirniyyatları "qırmızı" idxal siyahısına əlavə edərək ölkəyə girişlərini avtomatik olaraq dayandırıb.

İndiyədək Kaliforniya, İllinoys, Massaçusets, Şimali Karolina, Nyu-Cersi, Nyu-York və Pensilvaniya ştatlarında ümumilikdə 18 salmonella hadisəsi qeydə alınıb.

Qeyd olunur ki, bu məhsulların əksəriyyəti restoran, kafe və otel kimi müəssisələrə etiketsiz şəkildə satıldığından, istehlakçılar bu şirniyyatları fərqində olmadan yeyə bilərlər. Yoluxan şəxslərdən beşi xəstəlik əlamətləri başlamazdan əvvəl bu növ şirniyyatlar istehlak etdiklərini bildirib. /Sfera.az


Etiketlər:  etiketlə satılan qidaları ALMAYIN xəstəlik yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ