Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 20:05
Müğənni Günay İbrahimli bahalı zinət əşyasını itirib.
Sonxeber.net xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat yayıb.
O bildirib ki, zinət əşyası polis əməkdaşlarının operativliyi sayəsində tapılıb:
"Hörmətli Azərbaycan Polisi, Bir neçə gün əvvəl itmiş yüksək dəyərli zinət əşyam üçün Səbail rayonu polis idarəsinə müraciət etdim. Polis əməkdaşlarının operativ və peşəkar fəaliyyəti sayəsində dəyərli əşyam 1 gün ərzində tapılaraq mənə geri qaytarıldı.Polislərimizlə fəxr etdim. Allah sizi qorusun! Azərbaycan polisinə təşəkkür edirəm və peşə fəaliyyətində daima uğurlar arzu edirəm!".