Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2025 20:04
"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.
Sonxeber.net xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda öz meydanında Cəbəllütariqlə qarşılaşıb.
Monteneqronun 3:1 hesabı ilə qalib gəldiyi oyunda həm Yankoviç, həm də Veşoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Yankoviç qollardan ikisinin ötürməsini verərək qələbədə böyük pay sahibi olub. O, 70 və 73-cü dəqiqələrdə - komandasının 2-ci və 3-cü qollarında məhsuldar ötürmə edib. (Unikal)