Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' 3 xalı 3 qolla qazandı

''Barselona'' 3 xalı 3 qolla qazandı

Tarix: 28 Mart 2025 08:26

Futbol üzrə İspaniya çempionatının 27-ci turunun təxirə salınmış matçında lider "Barselona" "Osasuna" ilə üz-üzə gəlib.

Sonxeber.net xəbər verir ki, kataloniyalılar 3 xalı 3 qolla qazanıb.

Ferran Torres, David Olmo və Robert Levandovskinin qollarıyla qələbə qazanan "Barselona" xallarının sayını 63-ə çatdırıb.

Beləliklə, "Real Madrid"i 3 xal qabaqlayan Hansi Flikin yetirmələri vahid lider kimi turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xatırladaq ki, La Liqanın 27-ci turunda keçirilməsi nəzərdə tutulan "Barselona" - "Osasuna" matçı meydan sahiblərinin həkiminin oyundan əvvəl vəfat etməsi səbəbindən təxirə salınmışdı.


Etiketlər:  Barselona xalı qolla qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ