Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo yayda ''Real''la müqavilə imzalayacaq - ŞOK İDDİA

Ronaldo yayda ''Real''la müqavilə imzalayacaq - ŞOK İDDİA

Tarix: 1 Aprel 2025 10:58

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo bu yay "Real"a keçə bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin qeyd etdiyi kimi, 40 yaşlı futbolçu 2025-ci ildə Səudiyyə Ərəbistanı klubunun vəsiqə qazana bilmədiyi klublararası dünya çempionatında oynamaq istəyir. Buna görə də Madrid klubu ilə qısamüddətli müqavilə imzalamaq variantını nəzərdən keçirir.

FİFA iyunun 1-dən 10-a kimi xüsusi transfer pəncərələri açacaq və portuqaliyalı ulduz "Los Blankos"la bir turnirlik müqavilə imzalamaq imkanı əldə edəcək.

Qeyd edək ki, Ronaldo "Əl Nəsr"ə 2022-ci ilin sonunda keçib. Onun səudiyyəlilərlə mövcud müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

Forvard 2009-2018-ci illərdə "Real"da çıxış edib. Madrid komandası ilə birlikdə 2 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, həmçinin üç dəfə klublararası dünya kubokunun qalibi olub.


Etiketlər:  Ronaldo yayda Realla müqavilə imzalayacaq ŞOK İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ