Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO)

Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO)

Tarix: 10 Dekabr 2019 18:12

Bakı. Trend:

Dekabrın 10-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IX plenumu keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təşkilatın Rəyasət Heyətinin üzvləri, veteranlar, şəhər və rayon veteran təşkilatlarının sədrləri iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın builki fəaliyyətinin yekunları, 2020-ci il üçün tədbirlər planı və cari məsələlər müzakirə olunacaq.

Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib.

Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi hazırda bu siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Veteranların sosial müdafiəsinin təminində dövlət orqanlarının köməyini yüksək qiymətləndirən C.Xəlilov səmərəli fəaliyyətin təşkilinə göstərilən dəstəyə görə veteranlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Təşkilatın keçirdiyi tədbirlər barədə məlumat verən C.Xəlilov bildirib ki, bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür. Məhz bu baxımdan veteranlarımız gənclərimizin hərbi vətənpərvərlik, dövlətçiliyə və xalqa sədaqət ruhunda tərbiyəsində, eləcə də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Təşkilatımız da bu istiqamətdə yerli və beynəlxalq səviyyəli çoxsaylı tədbirlər keçirir.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti veteranlarla bağlı məqsədyönlü siyasət həyata keçirir. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının əyani göstəricisidir. Respublika Veteranlar Təşkilatı bu qayğını və diqqəti yüksək qiymətləndirir, göstərilən etimadı layiqincə doğrultmağa və fəaliyyətini daha səmərəli qurmağa çalışır.

Məlumat verilib ki, 2019-cu ildə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74 illiyi ilə əlaqədar təşkilat tərəfindən bir sıra tədbirlər, veteranlarla görüşlər keçirilib. Beynəlxalq əlaqələrini genişləndirən təşkilat xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edib.

Hesabat dövründə təşkilatın orqanı olan “Azərbaycan veteranı” qəzetinin 23 nömrəsi dərc olunub, təbliğati işin qurulmasında veteran.gov.az saytının imkanlarından səmərəli istifadə edilib.

Gələn il görüləcək işlərdən danışan məruzəçi deyib ki, Respublika Veteranlar Təşkilatı İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb.

Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb.

Nərimanov rayon veteranlar təşkilatının sədri Elşad Şabanov, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Salman Babayev, Gəncə şəhər veteranlar təşkilatının sədri Yusif Məmmədov, Şəki rayon veteranlar təşkilatının sədri Mustafa Əhmədov, Böyük Vətən müharibəsi veteranı Fatma Səttarova və başqaları çıxış edərək cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıblar. Plenum iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək onun həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəklədiklərini bildiriblər.

Plenumda müzakirəyə çıxarılan məsələlər, o cümlədən Respublika Veteranlar Təşkilatının 2020-ci il üçün tədbirlər planı səsə qoyularaq qəbul olunub. Habelə Respublika Veteranlar Təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO)


Etiketlər:  Respublika Veteranlar Təşkilatının plenumu keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ