Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messidən karyerası ilə bağlı gözlənilməz qərar

Messidən karyerası ilə bağlı gözlənilməz qərar

Tarix: 18 Aprel 2025 14:34

Argentina millisinin ulduz futbolçusu Lionel Messi "Simplemente Futbol" sosial media kanalına müsahibə verib. 

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçu maraqlı açıqlamaları lə diqqət çəkib.

"Barselonada oynamağı xəyal edirdim. Həmişə orada olmaq istəyirdim, lakin bu mümkün olmadı", - deyən argentinalı təcrübəli futbolçu 2026-cı ildə keçiriləcək Dünya Çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"2026 Dünya Çempionatı ilə bağlı qərarımı bu il verəcəyəm. Bu il bu baxımdan çox vacib olacaq."

Messi həmçinin karyerasında əldə etdiyi uğurlardan bəhs edib:

"Dünya Çempionatını qazana bilmirdim, amma qazandım. Bütün titulları qazandım. Artıq futboldan heç nə istəyə bilmərəm".

O, "Barselona"da birlikdə çalışdığı məşqçi Pep Qvardiola haqqında isə bunları deyib:
"Pep başqa bir dünyadandır. O, fərqlidir və heç kimin görə bilmədiyi şeyləri görür. Futbolu dəyişdi. Əslində, futbola bir növ zərər də verdi, çünki insanlar bizim "Barselona"da oynadığımız kimi oynamağa çalışdılar."

Dünya futbol tarixinin ən çox kubok qazanan futbolçusu olan Messi kubok kolleksiyası barədə də məlumat verib:

"Bütün kuboklarım Barselonadadır. Argentina millisi ilə qazandığım titullar üçün xüsusi bir yerim var, amma əksəriyyəti "Barselona"dadır. Bu qədər çox kuboku saxlamaq doğrudan da çətindir".

Əfsanəvi futbolçu sonda İspaniya millisində çıxış edən gənc ulduz Lamin Yamal haqqında bu sözləri dilə gətirib:

"Yamalın göstərdikləri təsiredicidir. İspaniya ilə Avropa Çempionu olub. O, cəmi 17 yaşındadır, inkişaf mərhələsindədir və mənim etdiyim kimi oyununa yeni şeylər əlavə etməyə davam edəcək. İnanılmaz keyfiyyətlərə malikdir və artıq dünyanın ən yaxşı oyunçularından biridir".

Hüseyn


Etiketlər:  Messidən karyerası ilə bağlı gözlənilməz qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ