Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qurumun işçilərinin sayı artırıldı

Bu qurumun işçilərinin sayı artırıldı

Tarix: 19 Aprel 2025 14:57

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi artırılıb.

Sonxeber.net xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi

146 ştat vahidindən 164-ə, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidindən 57-ə və regional bölmələri üzrə 95 ştat vahidindən 107-ə qaldırılıb.


Etiketlər:  qurumun işçilərinin sayı artırıldı


RƏYLƏR