Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Azərbaycanla bu stadionda oynayacaq

Fransa Azərbaycanla bu stadionda oynayacaq

Tarix: 19 Aprel 2025 18:04

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Fransa ilə qarşılaşacağı stadion müəyyənləşib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, matç Parisdəki "Park De Prens" stadionunda təşkil olunacaq.

Həmçinin Fransa millisi qrupun digər ev oyunlarında İslandiya (9 sentyabr) və Ukraynanı (13 noyabr) da sözügedən arenada qəbul edəcək. 48 minə yaxın azarkeş qəbul edən bu stadionda PSJ klubu ev oyunlarını keçirir.

O da qeyd olunub ki, oyunlarla bağlı "Stad de Frans" stadionu ilə razılığa gələ bilməyiblər.

Xatırladaq ki, Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.


Etiketlər:  Fransa Azərbaycanla stadionda oynayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ