Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi

DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi

Tarix: 21 Aprel 2025 09:21

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Ruslan Rafiq oğlu Nəcimov barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Sonxeber.net xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ruslan Rafiq oğlu Nəcimov müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb:

"DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib.

Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib".


Etiketlər:  xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ