Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən...” mahnısı sağlamlıq imkanları məhdud gənclərin ifasında (VİDEO)

Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən...” mahnısı sağlamlıq imkanları məhdud gənclərin ifasında (VİDEO)

Tarix: 11 Dekabr 2019 10:48

Bakı. Trend:

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı Ulu öndərimizin dahi şəxsiyyət kimi böyüklüyünü və yenilməzliyini, onun xatirəsinə ümumxalq ehtiramını dolğun şəkildə ifadə edən bir sənət əsəridir.

Hər birimiz üçün sevimli olan həmin mahnının ifaçılıq istedadına malik sağlamlıq imkanları məhdud gənclərin ifasında hazırlanmış klipi də böyük maraqla qarşılanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanmış və nazirliyin sosial müəssisələrinin məzunlarının iştirak etdiyi klipdə sağlamlıq imkanları məhdud gənclər Sadiq Həsənov, Qəndaf Əkbərli, Elgiz Babazadə, Türanə Həmidova, Seymur Əliyev öz istedadlı ifaları ilə seçilirlər.

“Sən elə bir zirvəsən...” videosunun linki:

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  öndər Heydər Əliyevə həsr olunmuş Sən elə zirvəsən mahnısı sağlamlıq imkanları məhdud gənclərin ifasında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ