Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2025 00:15
Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal gücündə olan zəlzələdən danışıb.
Sonxeber.net xəbər verir ki, sənətçi həmin an ailəsi ilə Türkiyədəki evində olduğunu bildirib:
"Təbii fəlakətlər heç kimin qarşısına keçə bilməyəcəyi bir andır. Allahla baş-başa qaldığınız bir məqamdır, dua etməkdən başqa çarə yoxdur. Yaxşı ki, 13 saniyə davam etdi. Zəlzələ zamanı evdə idik. Və çox qəribədir ki, həmin anda mən donub qalıram. İnsanlar nəsə tədbir görürlər, qaçırlar. Amma mən donuram və ağappaq ağarıram. Əslində həyət evində yaşadığım üçün təhlükəsizlikdəyəm, amma o zəlzələni necə də hiss etdik. Bir dəqiqə davam etsəydi, pis hadisələrə səbəb ola bilərdi. Zəlzələ anında uşaqları çağırdım, həyat yoldaşım Ceyhun heç yadıma da düşmədi. Niyə yalan deyim ki? Deyəsən, evdə yatırdı".
Qeyd edək ki, İradə İbrahimova Ceyhun İzər adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün İpək və Əli adlı iki övladı var. (Axşam.az)