Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2025 23:36
Məşhur futbolçu Devid Bekhemin 50 yaşı tamam olub.
Sonxeber.net xəbər verir ki, futbolçunun həyat yoldaşı Viktoriya Bekhem ərinin ad gününü instaqram hesabından video paylaşaraq təbrik edib.
"Bu videoya baxanda fikirləşirəm ki, "Vay... mən nə xoşbəxtəm!!" Sən mənim xəyal edə biləcəyim hər şeysən, hətta daha çoxu. 50 yaşın mübarək!!! Səni və gözəl ailəmizi sonsuz sevirəm. Sən məni tamamlayırsan", - o, videoya bu sözləri yazıb.