Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''iPhone'' istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK

''iPhone'' istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK

Tarix: 11 May 2025 12:24

"Sony" şirkəti "PlayStation Store"da ödəniş imkanlarını genişləndirərək "PlayStation 5" istifadəçiləri üçün "Apple Pay" ödəniş xidmətini dəstəkləməyə başladı.

Sonxeber.net  xəbər verir ki, bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Qeyd edilir ki, əvvəllər "Apple Pay" vasitəsilə ödəniş yalnız brauzerdə və "Sony"nin "Apple" qurğularındakı mobil tətbiqində mümkün idi.

İndi isə ödəniş sistemi birbaşa "PS Store"a inteqrasiya edilib.

"Apple Pay" şirkətin keçən ilin yayında iOS 18-də təqdim etdiyi QR-kod mexanizmindən istifadə edir. Bu funksiya yalnız "PlayStation Store"da deyil, "Google Chrome" daxil olmaqla, üçüncü tərəf brauzerlərdə də əməliyyatların aparılmasına imkan verir.

Hazırda "Apple Pay" sistemi yalnız "PlayStation 5"də inteqrasiya edilib. Gələcəkdə bu cür ödənişin "PlayStation 4"də də tətbiq edilməsi istisna edilmir. /Oxu.Az 


Etiketlər:  iPhone istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ