Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2025 12:00
"Barselona"nın formasını daşıyan polşalı ulduz hücumçu Robert Levandovski milli komandada oynamaqdan imtina edib.
Sonxeber.net-ın məlumatına görə, futbolçu bu qərarını sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə bəyan edib.
36 yaşlı Levandovski bildirib ki, Polşa millisinin baş məşqçisi Mixal Probyej istefaya göndərilmədiyi təqdirdə, yığmaya dönməyi düşünmür.
Qeyd edək ki, o, Polşa milli komandasında 158 matçda iştirak edib, 85 dəfə rəqib qapılarına yol taparaq ölkə tarixində ən çox qol vuran futbolçu ünvanını qazanıb.