Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamı da elə küsdürdülər''

''Atamı da elə küsdürdülər''

Tarix: 11 Iyun 2025 06:10

Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovla bağlı etiraf edib.

Sonxeber.net xəbər verir ki, "Xəzər axşamı" proqramında qonaq olan ifaçı atasının rolunun əlindən alınmasından söz açıb:

"Bu yaxınlarda Kübra Əliyeva ilə görüşmüşdüm. Atamla bağlı bir məsələni danışdı. Deyir ki, illər əvvəl "Hökmdar qız" tamaşasında Rafael Dadaşovla tərəf müqabili olmalı idik: "Orada onun xanımını oynayacaqdım. 8 ay məşq etdik. Tamaşaya bir ay qalmışdı. Gəldim ki, Həsən Turabov boynubükük oturub. Dedi ki, Rafael oynamayacaq, verdilər başqasına. Dedim ki, 8 ay məşq edirik. Belə olar?".

Kübra Əliyeva da oynamaqdan imtina edib. Görün, sənətkarı necə küsdürürdülər. Atam nə qədər küsürdü. Onun önünü belə kəsirdilər". (Axşam.az)

 


Etiketlər:  Atamı elə küsdürdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ