Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2025 11:12
Azərbaycan və Maldiv arasında viza tələbi qismən aradan qalxıb.
Sonxeber.net xəbər verir ki, iyun ayının 18-dən etibarən Azərbaycan və Maldiv Respublikası arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün qarşılıqlı viza tələbi ləğv olunub.
Bu Saziş 2024-cü il noyabrın 15-də Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Maldiv xarici işlər naziri Abdulla Xəlil tərəfindən imzalanıb. Sənəd Azərbaycan Milli Məclisində müzakirə edilərək qəbul olunub və Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Sazişə əsasən, tərəflərin diplomatik, xidməti və rəsmi pasportlara malik vətəndaşları qarşılıqlı olaraq digər ölkəyə vizasız daxil ola, tranzitlə keçə, ölkəni tərk edə və 90 günədək müddətdə vizasız qala biləcəklər.
Bu razılaşma iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, bu qərar yalnız diplomatik, xidməti və rəsmi pasportlara aiddir. Sadə vətəndaşlar üçün viza qaydaları dəyişmir.