Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2025 15:35
15:35
Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus "Qal, sənə qurban" mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan "Qal, sənə qurban" mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edib və oxuyub. Həmçinin o, mahnını "YouTube"da yunan dilində "Hara gedir" adı altında yayımlayıb.
"Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinib", - deyə məlumatda qeyd edilib.
2025.06.20
12:12
Erməni-yunan müğənnisi Hoviq Azərbaycan mahnısını oğurlayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə aparıcı Leyla Mustafayeva məlumat verib.
Onun sözlərinə görə, Hoviqin yunan dilində oxuduğu mahnının adı "Hara gedir"dir.
"Yutubda qarşıma bu video çıxdı. Mahnı tanış gəldi, qulaq asdım. Bu mahnı bəstəkar Ələkbər Tağıyevin şair Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi "Qal, sənə qurban" mahnısıdır. İllər əvvəl müəllif hüququ bunu Azərbaycan mahnısı kimi təsdiqləyib. Ermənilər dəfələrlə oğurlayıb və öz adından verib.
İndi də erməni və yunan müğənnisi Hoviq oxuyub, Yutubda paylaşıb və altından yazıb ki, erməni xalq mahnısı. Müəllif hüquqları bunu diqqətə alsın. Hələ də bizim olanı mənimsəyirlər".
Qeyd edək ki, mahnı ilk dəfə 1968-ci ildə Xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa edilib.(Kult.az )