Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin olundu

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin olundu

Tarix: 26 Iyun 2025 12:06

ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Qurumdan Sonxeber.net-a bildirilib ki, artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı-Balakən qatarına əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yola düşüb.

Qeyd edilib ki, həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.


Etiketlər:  istiqamətlərdə əlavə qatar reysləri təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ