Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2025 23:00
Yumurta çox faydalı qida olsa da, bəzi insanlar üçün sağlamlıq baxımından riskli ola bilər.
Aşağıdakı hallarda yumurta yemək məsləhət görülmür və ya ciddi nəzarətlə qəbul edilməlidir:
Yumurta allergiyası olanlar
Ən çox uşaqlarda rast gəlinən yumurta allergiyası immun sisteminin yumurta ağındakı və ya sarısındakı zülallara qarşı reaksiyası ilə baş verir. Qızartı, qaşınma, ödem, tənəffüs çətinliyi kimi əlamətlərlə müşayiət oluna bilər.
Xolesterini yüksək olanlar
Yumurta sarısında xolesterin miqdarı yüksəkdir. Xolesterin problemi olan şəxslərin yumurtanı həkim nəzarətində, məhdud miqdarda yeməsi tövsiyə olunur.
Qaraciyər və öd problemi olanlar
Yumurta sarısı öd ifrazını artırdığı üçün öd daşı və ya öd yollarında problem olan insanlarda ağrı və diskomforta səbəb ola bilər.
Pankreatit (mədəaltı vəzi iltihabı) keçirmiş şəxslər
Yumurta, xüsusilə də yağda qızardılmış halda pankreatiti olanlar üçün zərərli ola bilər. Bu halda yumurtadan uzaq durmaq və ya çox az miqdarda qəbul etmək lazımdır.
Zəif mədə-bağırsaq sistemi olanlar
Həzm problemi olan və ya qastrit, reflü kimi narahatlıqları olan şəxslərdə yumurta bəzən mədə turşusunu artıra və narahatlığa səbəb ola bilər.
Salmonella riski
Çiy və ya tam bişməmiş yumurta salmonella bakteriyası daşıya bilər. Bu, xüsusilə uşaq, yaşlı və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir.
Sağlam insanlar üçün gündə bir yumurta ümumiyyətlə təhlükəsizdir. Ancaq yuxarıda qeyd edilən qruplar yumurtanı ya məhdud şəkildə qəbul etməli, ya da həkimlə məsləhətləşməlidirlər.