Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eyni məhsul, kəskin qiymət fərqi: ''Bahadırsa, almayın''

Eyni məhsul, kəskin qiymət fərqi: ''Bahadırsa, almayın''

Tarix: 29 Iyun 2025 12:22

Bakının müxtəlif bazarlarında və küçə ticarətində eyni məhsulun - xüsusilə də meyvə-tərəvəzin qiymətində ciddi fərqlər müşahidə olunur. Vətəndaşlar sosial şəbəkələrdə haqlı suallar səsləndirir:

Nə üçün bir satıcıda 5 manata təklif olunan meyvə, başqa bir satıcıda 15 manata satılır? Bu, rəqabətdirmi, yoxsa alıcının çaşdırılması?

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür fərqli qiymətlər rəqabət mühitinin bir parçasıdır və burada hər hansı inzibati müdaxiləyə ehtiyac yoxdur:

"Bazar iqtisadiyyatı şəraitində heç bir satıcıya qiymət qoymaq olmaz. Meyvədir - kimsə istəyir, baha satır. Bu onun haqqıdır. Amma alıcı da sərbəstdir, o qiymətə almaya bilər. Əgər biz qiyməti baha hesab ediriksə, almamaqla satıcını cəzalandıra bilərik. Bu, ən güclü ictimai təzyiq formasıdır".

Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi yalnız strateji məhsullarda - un, çörək, dərman, benzin və s. kimi sahələrdə tətbiq olunur:

"Meyvə və tərəvəz kimi qeyri-strateji məhsullarda isə bazar özü qiymətləri müəyyənləşdirir. Satıcı düşünür ki, həmin rayonda və ya küçədə alıcının ödəmə qabiliyyəti yüksəkdir, ona görə qiyməti qaldırır. Amma bu onun riskidir - əgər alıcı tapmasa, özü qiyməti aşağı salacaq. Bu zaman yeni qiymət balansı formalaşacaq", - deyə iqtisadçı əlavə edib.


Etiketlər:  Eyni məhsul kəskin qiymət fərqi Bahadırsa almayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ