Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaş həmkarlarım belə etməzdi''

''Kaş həmkarlarım belə etməzdi''

Tarix: 2 Iyul 2025 09:35

Aktyor Azər Aydəmir Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş verən partlayışdan danışıb. 

Sonxeber.net xəbər verir ki, o, həmkarlarının bu partlayışı ələ salmasını sərt tənqid edib.

"Xəbər yayılan kimi evdə otura bilmədim, getdim kinostudiyaya. Çox narahat idim. Ciddi bir şey baş verməyib. 10-15 şüşə sınıb. Partlayış lap arxada, anbarda olub. Həmkarlarım tərəfindən xoş olmayan yanaşmalar var idi. Məzəli idi, amma xətrimə dəydi: kinostudiya partladı, kinomuz belə oldu. Kaş həmkarlarım belə etməzdi. Elxan Cəfərov, Vaqif Mustafayev orada film çəkir, pavilyon qurub. Düzdür, kinostudiya pis gündədir. Həyəcan təbilidir, sonuncu akkordları idi. 1960-cı ildən bəri təmir olunmayan kinostudiyamıza ciddi təmir, yenilənmə lazımdır. Kino adamlarının yığışdığı məbəd Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası olub. Ora karifeyləri qaytarmalı, yenilər isə ora baxıb "mən orada olmaq istəyirəm" deməlidirlər. Arzum orada yeni kino adamlarının yetişməsidir".


Etiketlər:  Kaş həmkarlarım belə etməzdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ