Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2025 19:40
Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, efirlərin birində qonaq olan sənətçi onun mahnılarını ifa edən gənclərə səslənib:
"Düşünürəm ki, məndən sonra da mahnılarım yaşayacaqsa, mən də yaşayacağam. Amma gənclərə bir tövsiyyəm var. Əgər onun öhtəsindən gözəl gələ biləcəksinizsə, ifa edin. Mahnıların qol-qabırğalarını sındırıb, onları məndən qabaq qəbiristanlığa göndərməyin. Hər dəfə səhnəyə çıxacağım anda böyük məsuliyyət hiss edirəm. Bu gün gənclər çox sərbəst çıxırlar, amma səhnədə heç nə edə bilmirlər. Bizim böyük sənətkarımız belə uzun illər o məsuliyyəti hiss edib".