Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - VİDEO

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - VİDEO

Tarix: 7 Iyul 2025 22:10

Türkiyədə uzun müddətdir gündəmdə olan prodüser Ayşe Barım bu gün "Gəzi Parkı" hadisələri ilə bağlı ittihamlar üzrə ilk dəfə hakim qarşısına çıxıb.

Barımın rəhbərlik etdiyi şirkətlə əməkdaşlıq edən bir çox tanınmış sima məhkəmə zalına gələrək onu dəstəkləyib. Onların arasında Serenay Sarıkaya, Merve Dizdar, Hande Erçel, Halit Ergenç, Bergüzar Korel, Metin Akdülger, Zerrin Tekindor, Ezgi Mola, Selma Ergeç, Hakan Kurtaş və Birce Akalay da olub.

Məhkəmə zalında emosional anlar yaşanıb. Hande Erçel və Serenay Sarıkaya, A. Barımın həddindən artıq arıqladığını görəndə göz yaşlarını saxlaya bilməyib.

Onun 30 ilədək həbs tələb olunur.

İttihama görə, Ayşe Barımın "Gəzi Parkı" hadisələrində əsas fiqurlardan biri olan Mehmet Osman Kavala və aktyor Memet Ali Alabora ilə sıx əlaqəsi olduğu müəyyən edilib. O, "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd" maddəsi ilə bu ilin yanvarında həbs olunub.

Prokurorluq Barım üçün 22 il 6 aydan 30 ilə qədər həbs cəzası tələb edir.


Etiketlər:  Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ