Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan onu işdən çıxardı - FOTO

Ərdoğan onu işdən çıxardı - FOTO

Tarix: 10 Iyul 2025 10:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirinin müavini Burhanəddin Duranı Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun yerinə təyin edib.

Sonxeber.net xəbər verir ki, bu haqda məlumat "Resmi Gazete"də dərc olunub.

Fahrettin Altun isə prezidentin sərəncamı ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) prezidenti təyin edilib.

Qeyd edək ki, Altun 2018-ci ildə qurulduğu gündən etibarən Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Altun Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) rəhbəri vəzifəsini Burhanəddin Durana təhvil verərək Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri olmuşdu. /apa


Etiketlər:  Ərdoğan işdən çıxardı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ