Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarpız tumları təbii ''viaqra''dır?

Qarpız tumları təbii ''viaqra''dır?

Tarix: 12 Iyul 2025 00:48

Qarpız tumlarının "təbii viaqra" təsiri göstərdiyi irəli sürülür. Lakin, mütəxəssislər bildirir ki, bu məlumatın elmi əsasları yoxdur.

Sonxeber.net xəbər verir ki, qarpız tumları protein, sink, maqnezium və omeqa yağ turşuları ilə zəngindir. Bu maddələr ümumi sağlamlıq və orqanizmin hormonal balansı üçün faydalı hesab olunsa da, onların dərhal və birbaşa cinsi gücü artırması barədə sübut olunmuş tədqiqat mövcud deyil.

Araşdırmalara əsasən, qarpızın özü - xüsusilə də qabığa yaxın hissəsi - "sitrullin" adlı amin turşusu ilə zəngindir. Bu maddə qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır. Lakin bu təsir tumlara aid deyil və "viqra" ilə müqayisə olunacaq qədər güclü təsirə malik deyil.

Bununla belə, bəzi qida mütəxəssisləri qarpız tumlarının faydalı maddələrlə zəngin olduğunu, lakin onların istifadəsinin cinsi funksiyalara birbaşa təsiri barədə elmi faktların olmadığını vurğulayıblar.


Etiketlər:  Qarpız tumları təbii viaqradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ