Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə'' Türkiyə klubuna qalib gəldi

''Zirə'' Türkiyə klubuna qalib gəldi

Tarix: 15 Iyul 2025 20:06

"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Sonxeber.net xəbər verir ki, komanda Türkiyə təmsilçisi "Çorum"la üz-üzə gəlib.

Oyun Rəşad Sadıqovun komandasının 2:0 hesablıqələbəsi ilə yekunlaşıb. 60-cı dəqiqədə Abdul Aziz Batibie fərqlənib. 2-ci qolu isə 71-ci dəqiqədə Şahmar Aşurov vurub.

"Zirə" bunadək 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə "Ankara Keçiörengücü"nə (2:1) və "Əl-Hüseyin" (1:0) qalib gəlib.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da "Polyud Stadium"da keçiriləcək.

 


Etiketlər:  Zirə Türkiyə klubuna qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ