Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 13:06
Bakı. Trend:
Bu gün Kiyevdə GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzv ölkələri hökumət başçılarının sammiti keçiriləcək.
Trend-in məlumatına görə, tədbirin mövzusu GUAM-ın ticarət və nəqliyyata yardım üzrə aparıcı layihələrinin reallaşdırılmasında dövlət-özəl sektor tərəfdaşlığı məsələsidir.
Qeyd olunur ki, sammitdə Azərbaycan nümayəndə heyətinə Baş Nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin